6 sentyabr 2012 17:20
Berti Foqts: Bu, məni çox sevindirir
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəyimiz oyunda sürpriz etmək istədiklərini bildirib. Azerisport.az xəbər verir ki, yeni tsikldəki ilk oyun öncəsi almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Hamının bizə inanması müsbət amildi. Azərbaycan futboluna maraq da getdikcə artır. Bu, məni çox sevindirir. Ümid edirəm ki, AÇ-2020 Azərbaycan və Gürcüstanda keçiriləcək. Yeri gəlmişkən, Sissi Raytın çalışdırdığı 17 yaşadək qızlardan ibarət yığmamızın oyunu da məni çox sevindirir. Bizə gəlincə, əgər Bəhreynlə oyunda müdafiədə buraxdığımız səhvləri təkrarlamasaq, İsraili məğlub edəcəyik”.