6 sentyabr 2012 17:52

DÇ-nin kubokunun sponsor turu davam edir (FOTO)

FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Rəsmi Kuboku iyulun 6-da Beynəlxalq Muğam Mərkəzində keçirilən təntənəli püşkatma mərasimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Rəsmi Kubok bir müddət Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının inzibati binasında sərgilənəndən sonra, avqustun 6-da Kubok Sponsor Turuna başlayıb. Sponsor Turu zamanı Rəsmi Kubok çempionatın milli dəstəkçiləri olan Xalq Bank və Paşa Sığorta şirkətlərinin ofislərində yerləşdirilmişdi və beləliklə, geniş ictimaiyyətə təqdim olunmuşdu.
Avqustun 20-də Rəsmi Kubok ölkə Kubok Turuna başlayıb. Kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə, Bakı şəhərinə qayıdıb. Qeyd olunmuş şəhərlərdə möhtəşəm konsert proqramı təqdim olunub və biletlərin satışı təşkil edilib.
Avqust ayının 28-dən etibarən, Rəsmi Kubok Sponsor Turuna davam edir. FIFA U-17 qadınlararası dünya çempionatının Rəsmi Kuboku bu gün DÇ-nin milli dəstəkçilərindən biri olan Bakcell-ə təqdim edilib. Bakcell-in ofisində keçirilən rəsmi təqdimat mərasimində Bakcell-in və Dünya Çempionatının Yerli Təşkilat Komitəsinin marketinq üzrə mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, Bakcell şirkəti qarşıdan gələn çempionata yerli səviyyədə mühüm dəstək göstərir və FIFA-ya və Yerli Təşkilat Komitəsinə bu tədbirin təbliği və təşkilində kömək edir. Bakcell ölkəmizdə idmanın inkişafını və əhali arasında sağlam həyat tərzinin təşviq edən təşəbbüsləri hər zaman dəstəkləyir, Azərbaycanda uşaq və gənclər futbolunun inkişafına davamlı yardım edir.
Rəsmi Kubok bir həftə ərzində Bakcell-in müxtəlif ofislərində mütəmadi olaraq sərgilənəcək. Arzu edən hər kəs Bakcell-in ofislərində sərgilənəcək Kubokla şəkil çəkdirə və burada yerləşdirilmiş məlumat lövhəsindən müvafiq məlumatları əldə edə bilər.
Xatırladaq ki, sentyabr ayının 15-də Rəsmi Kubok Bakı şəhərinin Milli Parkında Kubok Turunun bağlanış konsertində şəhər əhalisinə təqdim olunacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.