6 sentyabr 2012 19:46
Eli Qutman: Azərbaycan ilə oyuna yaxşı hazırlaşmışıq
Futbol üzrə İsrail yığmasının baş məşqçisi Eli Qutman sabah baş tutacaq DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycanla oyunu öncəsi bu gün Bakıda mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
“Biz Azərbaycanla oyuna yaxşı hazırlaşa bilmişik. Bilirik ki, qarşıdakı oyunda nə istəyirik. Ümid edirəm ki, hər şey bizim planlaşdırdığımız kimi gedəcək”.
“Biz Azərbaycanla oyuna yaxşı hazırlaşa bilmişik. Bilirik ki, qarşıdakı oyunda nə istəyirik. Ümid edirəm ki, hər şey bizim planlaşdırdığımız kimi gedəcək”.
Qutmanın sözlərinə inansaq, İsrail yığmasının lideri, kapitan Yossi Benayun start heyətində yer almayacaq: “Artıq bu, dəqiqdi. O, kapitandı və gənc futbolçularımız üçün nümunə sayılır. Buna görə də qəbul etdiyimiz qərarı Benayun özü də müsbət qarşıladı. O, özü də hər şeyi yaxşı başa düşür”.
Azərbaycan - İsrail oyunu öncəsi gücləndirilmiş mühafizə xidməti barədə də danışan Qutman bunları dilə gətirib: “Bu, bizim hazırlığımıza təsir göstərmir. Hər kəs öz işi ilə məşğuldu. Biz peşəkarıq və nəyi necə edəcəyimiz bilirik. Oyun ərəfəsində heç bir narahatlığım yoxdu”.
