6 sentyabr 2012 20:28
Neftçinin Avroliqadakı rəqibinin düşərgəsində qalmaqal
“Neftçi”nin Avropa Liqasındakı rəqibi “Partizan”ın baş məşqçisi Vladimir Vermezoviçlə yetirməsi Zvonomir Vukiç arasında ciddi gərginlik hökm sürür. Azerisport.az xəbər verir ki, çalışdırıcı onu mətbuatda dəfələrlə “sancan” yetirməsinin işinə münasibətindən çox narazıdı.
Serbiya mətbuatının iddiasına görə, mütəxəssislə futbolçu hətta bir neçə dəfə ikilikdə görüşüb ortaq məxrəcə gəlmək istəsələr də, vəziyyətdən çıxış yolu tapılmayıb. Maraqlıdı ki, Vermezoviç Vukiçin adını UEFA-ya göndərilən siyahıya salıb.
