6 sentyabr 2012 21:09
Həmyerlimiz fərdi mükafat qazandı
İstanbulda yeniyetmələr arasında Şahmat Olimpiadası başa çatıb. Azerisport.az xəbər verir ki, Olimpiadada yaşı 16-dək olan şahmatçılar iştirak ediblər.
Azərbaycan yığması sonuncu turda 2,5:1,5 hesabı ilə Litva komandasına qalib gələrək, 24 xalla beşinci yeri tutub. Komandamızı Rusiya (29), İran (28,5), Hindistan (25,5) və Gürcüstan (24) yığmaları qabaqlayıblar.
On partiyadan doqquzunda qalib gəlmiş Azərbaycan şahmatçısı Aqil Pirverdiyev fərdi mükafata layiq görülüb. O, yalnız İran nümayəndəsi Xəlil Musəviyə uduzaraq, dördüncü lövhədə 90 faizlik göstərici ilə 2-ci yeri tutub.
