7 sentyabr 2012 00:08

Yeni tsikl, yeni arena, yeni arzular

Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınağına çıxır. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin ilk oyunu çərçivəsində İsraillə qarşılaşacaq.
 
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, İsrail artıq bir neçə dəfə Azərbaycan yığmasına rəqib olub. Təəssüf ki, bu oyunların hamısı yığmamız üçün uğursuz başa çatıb. Bir sözlə, İsrail Azərbaycan üçün uğursuz rəqiblərdəndi.
 
İlk dəfə bu komanda ilə 1994-cü ildə qarşılaşmışıq. Noyabrın 16-da Trabzonda baş tutan AÇ-nin seçmə mərhələsi çərçivəsindəki görüşdə yığmamız 0:2 hesablı məğlubiyyətlə üzləşib. Xatırladaq ki, həmin dövrdə ölkəmizdəki qeyri-sabitliklə əlaqədar Azərbaycan – İsrail oyunu məhz Türkiyədə baş tutmuşdu. 1995-ci ilin 11 oktyabrına təsadüf edən Təl-Əvivdəki cavab matçında da meydan sahibləri yenə 2:0 hesablı qələbəyə sevinmişdilər. Bu komandalar arasındakı daha bir görüş isə yoldaşlıq görüşü çərçivəsində keçirilib. 2004-cü il, fevralın 18-də Ramat-Qannda baş tutan İsrail – Azərbaycan oyunu yığmamız üçün rüsvayçı hesabla nəticələnmişdi – 0:6.
 
Göründüyü kimi, İsraillə qarşılaşmalar yığmamız üçün əsl sindroma çevrilib. Komandamız bu komanda ilə nəinki hər görüşdə məğlub olur, heç rəqibinə qol da vura bilmir. 3 oyuna bu komandada 10 qol buraxmışıq. Amma ümid edək ki, bu dəfə sözügedən sindroma hərtərəfli son qoya biləcəyik. Axı əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfəki qarşılaşma Bakıda keçiriləcək.
Bu isə o deməkdi ki, yığmamız doğma azarkeşlərinin gözü qarşısında rahat öz oyununu sərgiləmək imkanına və güclü dəstəyə malik olacaq.
 
Yeri gəlmişkən qeyd edək ki, yığmamıza əlavə stimul verən daha bir amil qarşılaşmanın yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsidi. Məlum olduğu kimi, bu arena neçə ay idi ki, təmir və yenidənqurma işlərinə bağlanmışdı. Bir müddət əvvəl açılışı olan mərkəzi arenada ilk oyun isə məhz Azərbaycan – İsrail görüşü olacaq. Bu üzdən də futbolçularımız daha da müasirləşmiş ölkənin baş arenasındakı ilk oyundan müsbət nəticə ilə ayrılmaqda israrlıdılar. Həm də yeni seçmə mərhələyə uğurlu start vermək növbəti görüşlərdə də müsbət təsirini göstərə bilər. Elə cəmi dörd gün sonra keçiriləcək Portuqaliya ilə səfər matçı öncəsi qazanılacaq qələbə yığmamızdakı atmosferi daha da yaxşılaşdıracaq.
 
Lakin İsraili məğlub etmək yığmamız üçün elə də asan başa gələcək iş deyil. Ən azı ona görə ki, bu komanda adətən özündən zəiflərə heç bir şans yeri qoymur və hər fürsətdən maksimum yararlanmağı bacarır. Elə İsrailin FİFA reytinqində yığmamızdan xeyli qabaqda olması da bundan xəbər verir. Belə ki, bu komanda hazırda 75-ci yerdə gedir. Yığmamız isə son açıqlanan siyahıda 107-ci sırada qərarlaşıb.
 
Qeyd edək ki, İsraillə qarşılaşma Azərbaycan yığmasının 2012-ci ildəki yeddinci oyunu olacaq. Millimiz fevral ayındakı Dubay toplanışı çərçivəsində öncə Sinqapurla, ardından isə Hindistan və Fələstinlə yoxlama oyunu keçirmişdi. İlk görüşdə futbolçularımız 2 top fərqi ilə öndə olduqları halda, son saniyələrdə qələbəni əldən vermişdilər – 2:2. Lakin hindistanlılarla qarşılaşmada daha diqqətli oynamaqla komandamız bu ilki ilk qələbəsini rəsmiləşdirmişdi – 3:0. Fələstinlə qarşılaşma isə heç kimin gözləmədiyi nəticəylə başa çatmışdı – 0:2. Məhz həmin yenilgidən sonra yetərincə tənqid olunan Foqtslu millimiz daha bir zərbəni Yaponiya ilə qarşılaşmada aldı – 0:2. Dünyanın ən zəif yığmalarından olan Andorranı yenə bilməməyimiz də (0:0) utancverici nəticələrdən biri kimi tarixə düşdü. Yalnız Bakıda baş tutan sonuncu Bəhreynlə sınaq görüşündə futbolçularımız 3:0 hesablı qələbə ilə tənqidlərdən nisbətən yaxa qurtarmışdı.
 
Bütövlükdə isə, yığmamız bu gün tarixi ərzində 188-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 32-də qələbə qazanmışıqsa, 46-da də heç-heçə ilə təsəlli tapmışıq. 109 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 130 qol vurduğumuz halda, öz qapımızdan 334 top çıxarmışıq.
 
DÇ-2014-ün seçmə mərhələsi
7 sentyabr
 
21:00. AZƏRBAYCAN – İSRAİL
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Hakimlər: Matey Yuq, Marko Stankin, Milan Koqey, Slavko Vinçiç (hamısı Sloveniya).
Hakim-inspektor: Peter Fröydfeldt (İsveç).
UEFA nümayəndəsi: Mixail Varabyov (Belarus).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.