7 sentyabr 2012 22:51
Azərbaycan yeni tsiklə heç-heçə ilə başladı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti sınağına çıxıb. Azerisport.az xəbər verir ki, Berti Foqtsun çalışdırdığı komandamız DÇ-2014-ün seçmə mərhələsinin ilk oyunu çərçivəsində İsraillə qarşılaşıb.
Qeyd edək ki, bu komanda millimiz üçün tanış rəqibdi. Belə ki, İsrail bundan öncə artıq üç dəfə Azərbaycan yığmasına rəqib olmuşdu. Təəssüf ki, bu oyunların hamısı yığmamız üçün uğursuz başa çatmışdı (0:2, 0:2, 0:6). Amma bu dəfə sözügedən sindroma hərtərəfli son qoya bilərdik. Axı əvvəlki görüşlərdən fərqli olaraq, bu dəfəki qarşılaşma Bakıda keçirilirdi.
Təəssüf ki, bu görüşdə də hesabı məhz qonaqlar açıblar. Lakin komandamız bu qola cavab verə bilib. Beləcə, millimiz yeni seçmə mərhələyə heç-heçə ilə başlayıb.
DÇ-2014-ün seçmə mərhələsi
7 sentyabr
AZƏRBAYCAN – İSRAİL - 1:1 (0:0)
Qollar: Natxo, 50 (0:1), R.Abışov, 65 (1:1)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
Hakimlər: Matey Yuq, Marko Stankin, Milan Koqey, Slavko Vinçiç (hamısı Sloveniya).
Oyundan öncə hər iki komandanın kapitanları feyr-pley andı içirlər
Ardından hər iki dövlətin himni səslənir
Oyun başladı. Millimizə uğurlar arzulayırıq!
4. Vaqifə qarşı kobudluğa görə cərimə zərbəs qazanırıq. Amma Vaqifin elə də təhlükəli olmayan zərbəsini qapıçı tutur
5. Yığmamız oyuna pis başlamayıb və inamlı təsir bağışlayır
8. Şehter iki müdafiəçimizdən sıyrılıb qapıya zərbə endirsə də, Kamran topu tutur
9. Natxonun uzaqdan zərbəsini yenə Kamran tutur
10. Yığmamızın növbəti cərimə zərbəsi uğursuz nəticələnir
14. Vüqar Branimirin əla ötürməsinə çata bilmir
15. Matçda ilk sarı vərəqə Hemedə göstərilir. O, Rəşada qarşı çox kobud oynayır və hazırda Sadıqovun sifəti qana boyanıb. Həkimlər kapitanımızıa tibbi yardım göstərirlər
17. Rəşad meydana qayıdır. Amma təbii ki, o, başında sarğı ilə mübarizə aparmaq məcburiyyətində qalıb
20. Raufun uzaqdan zərbəsi çox qeyri-dəqiq alınır
22. İsrail oyunda ilk korneri yerinə yetirir. Müdafiəçilərimiz təhlükəni sovuşdura bilirlər
23. İsrailin təhlükəli hücumu zamanı Natxonun zərbəsi qapının üstündən keçir
24. Gökdəmirin təhükəli zərbəsi qapıdan azca aralı keçir
26. Qonaqların hücumu zamanı Kamran topa sahib çıxır
28. İsrailin növbəti korneri zamanı Kamran çətinliklə də olsa, topu uzaqlaşdırır
35. Oyun əsasən meydanın mərkəzində keçir
39. Mahirin qapı ilə paralel iti ötürməsini Vaqifdən öncə Şponqin boş qapıdan çıxarır
39. Millimizin korner vuruşu uğursuz olur
41. Komandamızın çox təhlükəli hücumu zamanı müdafiəçi topu boş qapıdan çıxarır, Raufun təkrar zərbə vurmasına isə mane olurlar. Əliyev yerdə qalsa da, hakim penalti vermir
41. Qonaqların künc zərbəsindən sonra Vermut az qala hesabı açacaqdı
45. İlk yarıya 1 dəqiqə əlavə olunur
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Yığmamız oyunda ikinci künc zərbəsini qazansa da, yenə uğursuz yerinə yetirir
50. Millimiz ikinci hissəyə də fəal başlayıb
50. Çertoqanovun uzaqdan zərbəsini qapıçı tutur
50. Kamranın kobud səhvi gözlənilməz qolla nəticələnir. O, Natxonun uzaqdan zərbəsinin qarşısını ala bilmir - 0:1
55. Yığmamızın oyununda qoldan sonra az da olsa, inamsızlıq hiss edilir
58. Foqts birdən-birə iki dəyişikliyə əl atır: O, Raufun əvəzində meydana Cihan Özkaranı, Gökdəmirin əvəzində isə Əfran İsmayılovu buraxır
60. Millimiz getdikcə fəallığı artırır. Xüsusilə sağ cinahda Əfranın oyuna daxil olması hiss olunur
60. Məhz Əfranın cinah ötürməsindən sonra Subaşiçin baş zərbəsində azacıq dəqiqlik çatışmır
65. QOOOOOOOOOOOOOOOOOOL! Abışov komandamızın əla hücumunu dəqiq zərbə ilə tamamlayır - 1:1
65. Əfran kimi, oyunda daxil olan digər yeni futbolçumuz - Özkaranın da faydası oldu. Qolun vurulmasında onun əməyi xüsusi qeyd olunmalıdı
66. Vaqifin uzaqdan zərbəsini qapıçı çətinliklə dəf edir
67. Hemedin əvəzində meydana Damari çıxır
67. Əfran əla hücum zamanı topu Cihana ötürür. Özkaranın zərbəsi rəqib futbolçunun əlinə dəysə də, hakim ikinci dəfə komandamızı penaltidən məhrum edir
69. Daha bir təhlükəli hücumumuz zamanı rəqib müdafiəçilər qola imkan vermirlər
70. Ruslanın qapıçının başı üzərindən qapıya göndərmək istədiyi top azacıq fərqlə çölə çıxır
71. İsrailin heyətində ikinci dəyişiklik: Melikson Ezra ilə əvəzlənir
72. Qonaqların növbəti künc zərbəsi zamanı hər şey millimiz üçün yaxşı qurtarır
74. Şehterin əvəzində meydana Yossi Benayun çıxır
75. Rəqibin cərimə zərbəsi çox təhlükəli olsa da, hər şey bizim üçün yaxşı bitir
76. Çertoqanovu R.Əmirquliyev əvəzləyir
80. Mori də sarı vərəqə ilə cəzalanır
81. Abışov da hakimlə mübahisəyə görə heç nədən sarı vərəqə ilə cəzalanır
82. Natxonun daha bir uzaqdan zərbəsi qapıdan azca yan keçir
84. Ezra sarı vərəqə alır
84. Qonaqların künc zərbəsi zamanı müdafiəçilərimiz topu uzaqlaşdırırlar
85. İsrail matçın sonlarında təzyiqi artırıb. Millimiz isə daha çox müdafiə olunur
86. Qonaqların daha bir korneri zamanı yığmamız əla əks-hücum təşkil etsə də, Əfran xəsislik edir və fərdi oyuna üstünlük verməsi topun itirilməsiylə nəticələnir
89. Millimizdən daha bir korner: Əfranın ötürməsini müdafiəçilər uzaqlaşdırır
89. Rahidin effektli zərbəsini son anda qapıçı qaytarır
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
90+3. Vaqifin möhtəşəm zərbəsini qapıçı kornerə çıxarır
90+3. Son şans. Korner yerinə yetiririk. Amma alınmır
Matç başa çatdı
AZƏRBAYCAN: 1. Kamran Ağayev, 2. Əli Gökdəmir, 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 7. Vaqif Cavadov, 8. Aleksandr Çertoqanov, 10. Branimir Subaşiç, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 18. Maksim Medvedev.
Ehtiyat oyunçular: 12. Anar Nəzirov, 23. Aqil Məmmədov, 3. Aqil Nəbiyev, 6. Elvin Məmmədov, 9. Cihan Özkara, 13. Bədavi Hüseynov, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 10. Rahid Əmirquliyev, 20. Nizami Hacıyev, 21. Vladimir Levin, 22. Əfran İsmayılov.
Baş məşqçi: Berti Foqts.
İSRAİL: 1. Dudu Avat (k), 2. Yoval Şponqun, 5. Maor Melikson, 6. Bivers Natxo, 7. Qal Alberman, 10. Tomer Hemed, 11. İtay Şehter, 12. Yoav Ziv, 13. Din Mori, 14. Gil Vermut, 21. Eytan Tibi.
Ehtiyat oyunçular: 18. Ariel Haruş, 23. Dani Amos, 3. Qal Şiş, 4. Şir Çedek, 8. Almoq Koen, 9. Eden Ben Basat, 15. Yossi Benayun, 16. Hen Ezra, 17. Ben Sahar, 19. Elad Qabay, 20. Mahran Radi, 22. Ömer Damari.
Baş məşqçi: Eli Qutman.
