6 sentyabr 2012 11:19
Qara Qarayevin qolu millimizə qələbə qazandırmadı
Ukraynada təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 15 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, komandamız Donetskin "Metallurq" klubunun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Qara Qarayev fərqlənib.
