7 sentyabr 2012 00:37
Rail Məlikovun komandası üç transferi birdən etdi
Türkiyənin “Denizlispor” klubu birdən-birə üç transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Dənizli klubu bu transferləri rəsmi saytı vasitəsilə də açıqlayıb.
Məlumatda bildirilir ki, “Denizlispor” “Bursaspor”dan Yenal Tuncer, “Akhisar Belediyespor”dan Osman Bozkurt və Almanyanın “Wilhemshaven” komandasından Süleyman Çelikyurtu rənglərinə bağlayıb. Bununla da klub rəhbərliyi bu yay üçün transfer çalışmalarına son qoyduqlarını bəyan ediblər.
Qeyd edək ki, “Denizlispor”da Azərbaycan yığmasının müdafiəçisi Rail Məlikov da çıxış edir. Elə o da komandanın yeni transferlərindəndi və hələ yeni klubunda debüt edə bilməyib.
