7 sentyabr 2012 00:15
Cavid Hüseynovun komandası daha bir hücumçu aldı
Türkiyənin “Adana Demirspor” klubu daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Adana klubu braziliyalı hücumçu ilə güclənib.
Bu, Xose Karlos Juniordu. O, Bolqarıstanın “Slavia” (Sofiya) klubundan transfer olunub. 28 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. O, bu komandada icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, “Adana Demirspor”da Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov da çıxış edir.
