6 sentyabr 2012 11:48
Pol İnsin oğlu bu gün Bakıda debüt edə bilər
Futbol üzrə İngiltərə yığmasının sabiq yarımmüdafiəçisi Pol İnsin oğlu – Tomas bu gün Azərbaycanda debüt matçına çıxa bilər. Azerisport.az xəbər verir ki, o, ölkəsinin U-21 millisində ilk oyununa çıxmağın həsrətini yaşayır.
Məlum olduğu kimi, bu gün AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində İngiltərə U-21-i Azərbaycan yığmasının qonağı olacaq. Belədə, İnsin də sözügedən görüşdə iştirakı istisna deyil. Mümkündü ki, baş məşqçi Stüart Pirs ona debüt imkanı yaratsın.
Qeyd edək ki, Pol İns vaxtilə “West Ham”, “Manchester United”, “Liverpool”, həmçinin “İnter”də çıxış edib.
