6 sentyabr 2012 12:03
İngiltərə yığmasının üzvü Dalğa Arenadan şikayətləndi
Futbol üzrə İngiltərənun U-21 yığmasının üzvü Tomas İns (məşhur ingilis futbolçu Pol İnsin oğlu) “Dalğa Arena”dan narazıdı. Azerisport.az xəbər verir ki, bu gün AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində İngiltərə U-21-i Azərbaycan yığmasının qonağı olacaq.
Lakin ingilis futbolçu sözügedən görüşün baş tutacağı arenadan razı qalmayıb: “Bizim üçün süni örtüklü qazonda hərəkət etmək çətindi. Bu, çox ağırdı. Lakin burda bizdən asılı olan nəsə yoxdu. Fikrimcə, oyun çox çətin olacaq”.
Qeyd edək ki, Tom İns bu gün bu gün İngiltərə yığmasında debüt matçına çıxa bilər. O, hələ bu komandada rəsmi oyun keçirməyib.
