6 sentyabr 2012 12:22
Adana Demirspor Cavidin mövqeyinə daha bir oyunçu aldı
Türkiyənin “Adana Demirspor” klubu daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Adana klubu Nigeriya yığmasının şərəfini qoruyan Raheem Lavalla müqavilə imzalayıb.
Gənc futbolçu ölkəsinin perspektivli futbolçularından sayılır. O, millidə oynadığı 4 matçda 3 qol vurub, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Adana Demirspor”da Azərbaycan yığmasının yarımmüdafiəçisi Cavid Hüseynov da çıxış edir. Nəzərə alsaq ki, Laval da orta sahə oyunçusudu, o zaman həmyerlimizin əsas heyətə düşmək baxımından daha bir rəqibinin peyda olduğunu deyə bilərik.
