6 sentyabr 2012 12:41

Mahir Şükürov: Neftçinin futbolçuları yığmaya kömək edə bilərdi

Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürov DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları dilə gətirib:
 
“Çətin oyun olacaq. Amma biz öz azarkeşlərimiz qarşısında oynayırıq. Buna görə də qələbə qazanmalıyıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Əgər İsraili məğlub edə bilsək, Portuqaliyaya da yaxşı əhval-ruhiyyədə yollanacağıq”.
 
“Mənə qarşı Yossi Benayun oynayacaq. Buna baxmayaraq, oyuna maksimum köklənməyə çalışıram. Özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Ümid edirəm ki, Belçika və Qazaxıstanla oyunlarda olduğu kimi, yenə qol ötürməsi verə biləcəyəm” – deyə Mahir qeyd edib.
 
Şükürov “Neftçi”nin uğurunun faydasından da danışıb: “Çalışacağam ki, “Neftçi”də nə qədər faydalı idimsə, millidə də elə oynayım. Fikrimcə, “Neftçi”də məndən başqa Mirhüseyn Seyidov, Araz Abdullayev və Cavid İmamverdiyev də yığmaya kömək edə bilərdilər. Məsələn elə İsraillə oyunda. Rəşad Sadiqov barədə isə danışmağa dəyməz. Əlbəttə, o da yığmaya çox kömək edə bilərdi. Amma Berti Foqtsa bunu mən deyə bilmərəm. Bu, onun öz qərarıdı. Hər halda bu komanda APOEL kimi rəqibi məğlub edibsə, deməli, onun üzvləri də yığmaya kömək edə bilərdi”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.