6 sentyabr 2012 12:52
Kamran Ağayev: Portuqaliya matçını İsraillə oyuna qurban verməyə hazırlaşmırıq
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirəcəkləri oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“İsrailə qarşı necə oynayacağımızı hələ bilmirəm. Bu barədə Berti Foqtsun bizimlə söhbəti olmayıb. Amma bizim vəzifəmiz qələbə qazanmaqdı. Ona görə də daha çox hücum etməliyik. İsraillə oyuna görə Portuqaliya ilə qarşılaşmanı qurban verməyə hazırlaşmırıq. Əlbəttə, ilk oyun çox vacibdi. Qələbə qazanmalıyıq. Amma bu, o demək deyil ki, Portuqaliyaya qarşı mübarizə aparmayacağıq. Özümə gəlincə, oyun təcrübəmin azlığı sözünü deyə bilər. Bunu hiss etdirməmək üçün əlimdən gələni edəcəyəm”.
