7 sentyabr 2012 01:04
Neftçinin Avroliqadakı ev oyunlarının başlama saatları dəqiqləşdi
UEFA Avropa Liqasının H qrupunun oyunlarının təqvimi ilə sizi tanış etmişdik. Azerisport.az xəbər verir ki, Azərbaycan çempionu “Neftçi”nin də bu qrupdakı oyunlarının keçirilmə yerləri və başlama saatları demək olar ki, bəlli idi.
Sadəcə, komandamızın ev oyunlarının saat neçədə başlayacağı dəqiqləşməmişdi. Lakin artıq buna da aydınlıq gəlib. Belə ki, “ağ-qaralar” təsnifat mərhələsində olduğu kimi, qrup mərhələsinin oyunlarının da saat 21:00-da başlamasına qərar verib.
Qeyd edək ki, komandamız qrup mərhələsindəki ilk tarixi oyununa sentyabrın 20-də səfərdə çıxacaq. Qrup oyunlarına Serbiyada start verəcək Azərbaycan çempionu son görüşünü də İtaliyada Milan “İnter”inə qarşı keçirəcək.
“Neftçi”nin yer aldığı H qrupundakı rəqibləri ilə görüşlərinin təqvimi:
20 sentyabr
00:05. PARTİZAN (Serbiya) – NEFTÇİ
Belqrad. “Partizan” stadionu.
4 oktyabr
21:00. NEFTÇİ – İNTER (İtaliya)
Bakı. Tofiq Bəhramov adına Respbulika stadionu.
25 oktyabr
21:00. RUBİN (Rusiya) – NEFTÇİ
Kazan. Mərkəzi stadion.
8 noyabr
21:00. NEFTÇİ – RUBİN
Bakı. Tofiq Bəhramov adına Respbulika stadionu.
22 noyabr
21:00. NEFTÇİ – PARTİZAN
Bakı. Tofiq Bəhramov adına Respbulika stadionu.
6 dekabr
00:05. İNTER – NEFTÇİ
Milan. “Cüzeppe Meatsa” stadionu.
