7 sentyabr 2012 12:32
Berti Foqts milliyə daha 2 futbolçu dəvət etdi
Futbol üzrə Azərbaycanın əsas yığmasına daha iki futbolçu cəlb olunub. Azerisport.az xəbər verir ki, baş məşqçi Berti Foqts gənclərdən ibarət yığmamızın üzvlərini komandasının düşərgəsinə çağırıb.
Belə ki, sentyabrın 6-na qədər 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində təlim-məşq toplanışında olan Bədavi Hüseynov və Rizvan Umarov bu gündən etibarən Azərbaycan milli komandasının heyətinə qoşulub.
