7 sentyabr 2012 12:46
Millimizin İsraillə oyunu canlı yayımda
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan - İsrail oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, özü də qarşılaşmanı iki kanal eyni vaxtda yayımlamağı planlaşdırır.
Belə ki, görüş AzTV və İdman Azərbaycan kanalı vasitəsilə canlı göstəriləcək. Matç saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
