7 sentyabr 2012 13:15
Yığmamızın İsraillə matçına 23 000 bilet satılıb
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan - İsrail oyununa bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, seçmə mərhələnin ilk oyununa artıq 23 000 bilet satılıb.
Lakin oyun saatına kimi qalan biletlərin də böyük hissəsinin satılması gözlənilir. İstisna deyil ki, Azərbaycan – İsrail matçında anşlaq olsun.
Qeyd edək ki, Azərbaycan – İsrail oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.
