7 sentyabr 2012 13:34
Arif Əsədov: Bakıda İsraili məğlub etməyə borcluyuq
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədov Azərbaycan millisinin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün İsrailə qarşı keçirəcəyi ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bu oyun “Neftçi”nin Avropa Liqasındakı tarixi uğuru fonunda keçirilir. Üstəlik, yenilənmiş mərkəzi arenada ilk oyuna çıxacağıq. Azarkeşlərin də stadionu doldurması gözləniləndi və onların dəstəyi komandamıza əlavə güc verəcək. Hesab edirəm ki, minimum bir xal qazanmaq olar. Lakin nəzərə alsaq ki, bizi bundan sonra Portuqaliya, Rusiya və Şimali İrlandiya ilə çətin səfər oyunları gözləyir, yaxşı olardı ki, İsraillə oyunda qələbə qazanaq. Hər halda İsrail Portuqaliya deyil və onları məğlub etmək olar. Hətta deyərdim ki, öz meydanımızda buna borcluyuq. Bunun üçün gücümüzün də olduğunu düşünürəm”.