7 sentyabr 2012 13:56
Bernard Lippert: Narazıyam
Azərbaycanın futbol üzrə gənclərdən ibarət yığmasının baş məşqçisi Bernard Lippert AÇ-2013-ün seçmə mərhələsi çərçivəsində İngiltərəyə qarşı keçirilən oyunu şərh edib. Azerisport.az saytına müsahibəsində o, 0:2 hesabıyla məğlub olduğumuz görüşlə bağlı bunları dilə gətirib:
“Mən bəzi məqamlardan çox narazı qaldım. Biz məşqlər zamanı müdafiəçilərimizin standart vəziyyətlərdə necə oynamalı olduqlarını çalışmışdıq. Amma qolu da məhz standart vəziyyətdən buraxdıq. Əgər biz ilk qolu buraxmasaydıq, oyun tam başqa cür yekunlaşacaqdı”.