7 sentyabr 2012 14:11
Azərbaycanlı məşqçilər Dortmund Borussiasının bazasında
“Neftçi”nin sabiq baş məşqçisi Arif Əsədovla yeniyetmə futbolçulardan ibarət yığmamızın çalışdırıcısı Aslan Kərimov Almaniyada keçirilən seminardan qayıdıb. Azerisport.az xəbər verir ki, onlar 10 günlük seminar müddətində Dortmund “Borussia”sı, “Schalke” və “Cologne” kimi klubların bazalarında olublar.
Əsədov saytımıza müsahibəsində səfər təəssüratlarını bölüşüb: “Borussia”nın bazasında olarkən baş məşqçisi Yurgen Kloopla da söhbətləşdik. “Schalke”nin Bundesliqadakı ev oyunlarından birini izlədik. Bundesliqa klublarının strukturu ilə tanış olduq. Seminarlarda Almaniya Futbol Federasiyasının psixoloqu futbolçularla necə işləmək lazım olduğunu başa saldı. Bizimlə bərabər dünyanın daha 16 ölkəsindən məşqçilər bu seminara qatılmışdılar”.
