8 sentyabr 2012 01:39
Rusiya və Portuqaliya qələbə ilə başladı (YENİLƏNİB)
Futbol üzrə DÇ-2014-ün Avropa üzrə seçmə mərhələsinin oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, yığmamızın yer aldığı F qrupunda da iki görüş baş tutib.
Millimizin İsraili qəbul edəcəyi gündə Rusiya Şimali İrlandiya ilə qarşılaşıb. Şimal qonşularımız yeni baş məşqçi Fabio Kapellonun rəhbərliyi altındakı ilk rəsmi matçdan qalib ayrılıblar.
Portuqaliya isə Lükemburqla münasibətlərinə aydınlıq gətirib. Nə qədər gözlənilməz olsa da, bu görüşdə hesabı meydan sahibləri açıblar. Amma cırtdan ölkə təmsilçisi bu üstünlüyünü qoruya bilməyib. Portəgizlər sonda əzmkar qələbəyə seviniblər.
Qeyd edək k, yığmamız ikinci oyununu səfərdə məhz Portuqaliyaya qarşı keçirəcək. Həmin oyun sentyabrın 11-də baş tutacaq.
DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
7 sentyabr
Rusiya – Şimali İrlandiya - 2:0 (1:0)
Qollar: V.Fayzulin, 30, Şirokov, 78-pen.
Lüksemburq - Portuqaliya - 1:2 (1:1)
Qolarl: Da Mota, 12 - Ronaldo, 28, Poştiqa, 54.
