8 sentyabr 2012 02:55
Anar Salmanov idarə etdi, İspaniya 5 cavabsız qol vurdu (YENİLƏNİB)
Bu günlərdə DÇ-2014-ün seçmə mərhələsində oyun keçirən yığmalarla yanaşı, bəzi komandalar da sınaq matçlarında qüvvələrini sınayıblar. Azerisport.az xəbər verir ki, dünyanın əksər milli komandaları boşluğu məhz bu yolla aradan qaldırmağa çalışıblar.
Bu oyunlardan biri azərbaycanlı futbol azarkeşləri üçün xüsusi önəm kəsb edirdi. Belə ki, İspaniyanın Səudiyyə Ərəbistanı ilə oyununu Anar Salmanovun rəhbərlik etdiyi azərbaycanlı hakimlər idarə ediblər. İspanlar gözlənildiyi kimi, zəif rəqibini darmadağın edib - 5:0. Oyunda hesabı 23-cü dəqiqədə Kasorla açıb. 27-ci dəqiqədə Pedro ikinci qolu vurub. 47-ci dəqiqədə Xavi hesabı darmadağın həddinə çatdırıb. 62-ci dəqiqədə isə Salmanov ərəblərin qapısına penalti təyin edib və onun bu hədiyyəsindən David Vilya maksimum yararlanıb. Görüşdə son nöqtəni 72-ci dəqiqədə dubla imza atan Pedro qoyub.
Bütün yoldaşlıq oyunlarının siyahısı və qeydə alınan nəticələrlə sizi də tanış edirik:
Yoldaşlıq oyunları
5 sentyabr
İordaniya – İran – 0:0
6 sentyabr
Yaponiya – BƏƏ – 1:0
Qətər – Tacikistan – 1:2
İsveç – Çin – 1:0
Livan – Avstraliya – 0:3
7 sentyabr
Sinqapur - Filippin - 0:2
Özbəkistan - Küveyt - 3:0
Braziliya – CAR - 1:0
İspaniya – Səudiyyə Ərəbistanı - 5:0
