7 sentyabr 2012 15:18

Yunis Hüseynov: O, Xəzər Lənkərana lazım idi

“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov rəhbərlik etdiyi məşqçilər korpusuna daha bir mütəxəssis əlavə edib. Azerisport.az xəbər verir ki, cənub klubu İspaniyadan bir mütəxəssislə anlaşıb.
 
Erik Roketa adlı məşqçi komandanın fiziki hazırlığına nəzarət edəcək. İspan mütəxəssis artıq ölkəmizə gələrək “Xəzər Lənkəran”da fəaliyyətə başlayıb.

Hüseynov saytımıza müsahibəsində Roketanın təyinatına münasibətini bildirib: “Biz çoxdan idi ki, fiziki hazırlıq üzrə yaxşı mütəxəssis axtarırdıq. Erik Roketa yaxşı və gənc mütəxəssisdi. O, bizə lazım idi. Ümid edirəm ki, bundan sonra komandanın fiziki durumu yaxşı vəziyyətdə olacaq”.
 
“Ağ-yaşıllar”ın çalışdırıcısı ötən gün keçirilən “Kəpəz”lə yoxlama matçına (4:2) da toxunub: “Komanda bu oyunda özünü yaxşı tərəfdən göstərə bildik. Eləcə də yeni transferlərimiz Beto və Dimitrios Sialmas. Amma onlar hələ fiziki cəhətdən tam hazır deyillər. Hər ikisi təxminən iki aydı məşq etmir”.
 
“Xəzər Lənkəran”ın baş məşqçisi bu gün DÇ-2014-ün seçmə mərhələsində yığmamızın İsraillə qarşılaşmadakı şanslarını da dəyərləndirib: “Milli komandamıza uğurlar arzulayıram. İlk oyunu mütləq uğurlu nəticə ilə başa vurmaq lazımdı. Əsas odu ki, uduzmayaq. İnanıram ki, belə də olacaq. Niyə də İsraili idmayaq”?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.