7 sentyabr 2012 16:18
Neftçi – İnter matçına gürcü jurnalistlər də gəlir
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda keçiriləcək “Neftçi” – “İnter” (İtaliya) matçına qonşu ölkələrdə də maraq kifayət qədər böyükdü. Azerisport.az xəbər verir ki, sözügedən oyunda iştirak etmək üçün artıq qonşu Gürcüstandan da Azərbaycan çempionuna müraciət edənlər var.
11 gürcü jurnalist “Neftçi” – “İnter” matçını Tofiq Bəhramov adına Respublika stadionundan işıqlandırmaq istəklərini bildirib. Amma onlarla yanaşı fotoreportyorların da gəlişi mümkündü. Bu üzdən də paytaxt klubu qonşu ölkədən gələcək media əhli üçün təxminən 20 akkreditasiya ayırmalı olacaq.
Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
