7 sentyabr 2012 17:35
Kapello köməkçisini Bakıya göndərdi
Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan və İsrail milli komandaları arasında Bakıda keçiriləcək oyun rəqiblərimizin də xüsusi diqqət mərkəzindədi. Azerisport.az xəbər verir ki, Rusiya millisinin məşqçisi, italiyalı mütəxəssis Aldo Peçini Azərbaycan - İsrail oyununu stadionda izləyəcək.
Bu barədə məlumatı AFFA yayıb. Belə ki, baş məşqçi Fabio Kapello İsrail və Azərbaycan yığmalarının oyununa məhz Peçinini göndərməyə qərar verib.
Qeyd edək ki, Azərbaycan və İsrail milli komandaları arasında keçiriləcək oyun saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
