7 sentyabr 2012 18:02
AFFA Türkiyə millisini Bakıya gətirir
Futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması DÇ-2012-nin startı ərəfəsində daha bir yoxlama oyunu keçirəcək. Azerisport.az xəbər verir ki, Sissi Raytın çalışdırdığı komandamız Bakıda Türkiyə millisini qəbul edəcək.
Sözügedən qarşılaşma sentyabrın 9-da keçiriləcək. Artıq türklərin baş məşqçisi Nur Mustafa Gülen ölkəmizə gətirəcəyi heyəti də açıqlayıb.
Xatırladaq ki, millimiz bir neçə gün öncə Bakıda Zambiya ilə də yoxlama görüşü keçirmiş və məğlub olmuşdu – 0:1.
