7 sentyabr 2012 10:24
AFFA prezidenti İsrail ilə oyun öncəsi millimizin üzvləri ilə görüşdü
AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının üzvləri ilə görüşüb. Azerisport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, Rövnəq Abdullayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün İsrail yığması ilə qarşılaşacaq millimizə bu oyunda və ümumlikdə, seçmə mərhələnin bütün qarşılaşmalarında uğurlar arzulayıb.
