7 sentyabr 2012 23:02
Rauf Əliyevdən Foqtsa sərt etiraz (FOTO)
DÇ-2014-ün seçmə mərhələsinin Azərbaycan - İsrail oyununun start heyətində yer alan Rauf Əliyev əvəzlənməsinə sərt şəkildə etiraz edib. Azerisport.az xəbər verir ki, qarşılaşmanın 57-ci dəqiqəsində Cihan Özkara ilə əvəzlənən futbolçu reklam örtüyünü parçalayıb.
Belə ki, ehtiyat oyunçular skamiyasının üstünə çəkilən reklam örtüyünə yumruqla vuran Rauf onu cırıb. 57 dəqiqə meydanda heç nəylə yadda qalmayan futbolçunun bu hərəkəti isə anlaşılmazdı. Olmaya “Qarabağ”da da ehtiyatda qalmağa başlayan hücumçumuz artıq ulduz xəstəliyinə tutulub? Görünür, o, komanda yoldaşı Vaqif Cavadovun Berti Foqts tərəfindən necə cəzalandığını unudub.
