7 sentyabr 2012 11:05
Şahin Diniyev: Berti Foqtsa bu oyunlarda daha çox dağıdıcı futbolçular lazımdı
Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyev millimizin DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu gün İsrailə qarşı keçirəcəyi ilk oyun ərəfəsində azerisport.az saytının suallarını cavablandırıb.
- İsrail yığması indi hansı vəziyyətdədi?
- Müasir İsrail yığmasında hazırda əsasən xarici ölkə çempionatlarında top qovan futbolçular söz sahibidilər. Onların sayı indiki komandada çoxdu. Düzdü, Bakıya müəyyən itkilərlə gəliblər. Amma onların bu itkiləri əvəzləyə biləcək ehtiyat qüvvəsi də var. Son seçmə mərhələlərdə İsrail demək olar ki, bir qayda olaraq üçüncü yeri tutur. Bu tsikldə isə qarşılarına qrupdan çıxmaq məqsədi qoyublar. Komandamızı heç də asan oyun gözləmir.

- Elə bizim futbolçularımız da bu ölkə ilə həm yığma, həm də klub səviyyəsində qarşılaşmalarda məğlub olublar...
- Bunda təəccüblü heç nə yoxdu. Çünki, onlar həqiqətən də güclüdülər.
- Bəs bu dəfə məğlub olmamaq üçün nə etməliyik?
- Bunu məşqçilər korpusu daha yaxşı bilər. Berti Foqts komandasının fiziki, texniki, taktiki cəhətdən nə dərəcədə hazırlıqlı olduğunu hamıdan yaxşı bilir. İsrail İspaniya futboluna oxşar oyun sərgiləyir. Qısa ötürmələr, topa sahibolma və kombinasiyalı hücumlar.

- Sizcə, belə bir komandanı necə məğlub etmək olar?
- Rəqibin güclü olması hər zaman o komandanın qələbə qazanacağı demək deyil. Biz öz meydanımızda oynayırıq. Motivasiya daha güclüdü. Meydanın hər qarışı uğrunda mübarizə aparsaq, onda rəqibə problem yarada bilərik.

- “Neftçi” bu yaxınlarda tarixi bir uğura imza atsa da, bu komandadan milliyə yalnız Mahir Şükürov çağırılıb. Sizcə, bu, az deyilmi?
- Məşqçinin seçiminə hörmətlə yanaşmaq lazımdı. Çünki nəticəyə də o cavabdehdi. Yəqin ki, Berti Foqts indi daha çox dağıdıcı oyunçulara üstünlük vermək istəyir. Axı İsrail və Portuqaliyaya qarşı yaradıcı futbol oynamaqla nəyəsə nail olmaq çox çətindi. Buna görə də onun “Neftçi”dən daha çox futbolçu çağırmamasını normal qəbul etmək lazımdı. Baxmayaraq ki, bakılıların daha bir neçə oyunçusu milliyə dəvət olunmağa layiq idi.

- Sizcə, “Neftçi”nin Avroliqadakı uğuru İsrail yığmasının millimizə daha da ehtiyatla yanaşmasına səbəb ola bilər?
- İstənilən ölkənin təmsilçisi uğur qazananda, rəqibləri onlara daha böyük hörmətlə yanaşmağa başlayırlar. İsrail yığmasının da bunu nəzərə alacağı istisna deyil.

- Bəs oyunun yenilənmiş Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi nə dərəcədə təsir göstərə bilər?
- Azərbaycan futbolçuları yaxşı stadiona, ot örtüyünə, azarkeşlərə acdılar. Amma bunlar hamısı İsraillə oyunda olacaq. Bu, komandamız üçün yaxşıdı. Fikrimcə, müsbət təsiri çox olacaq.

- İlk iki oyunda 3 xal yaxşı nəticə sayıla bilər?
- Hətta iki xalı da uğur saymaq olar.
- Hətta iki xalı da uğur saymaq olar.
- Azərbaycan – İsrail matçına proqnozunuz?
- Proqnoz verməyi sevmirəm. Sadəcə onu qeyd edə bilərəm ki, Azərbaycan yığması heç-heçəyə nail ola bilər.