7 sentyabr 2012 11:11
AFFA mərkəzi arenada yeni qaydaların tətbiqinə start verir
Məlum olduğu kimi, bu gün - senyabrın 7-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda DÇ-2014-ün seçmə mərhələsinin F qrupunda Azərbaycan - İsrail oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu oyunda AFFA bir sıra yeni qaydaların tətbiqinə başlayır.
Həmin qaydalar aşağıdakılardan ibarətdi:
Tofiq Bəhramov adına stadionda yenidənqurma işlərinin aparılması ilə əlaqədar aşağıda qeyd olunanları KİV nümayəndələrinin diqqətinə çatdırırıq:
- Mətbuat nümayəndələri üçün stadionda xüsusi qapı açılacaq (stadionun Cənub darvazası - Gilavar restoranı istiqamətindəki darvaza) və jurnalistlər 13-cü qapıdan keçməklə mətbuat sektoruna daxil olacaqlar
- Oyunun başlanmasına qədər və fasilədə KİV nümayəndələri internetlə təchiz olunmuş "Mətbuat üçün iş otağı"nda müvafiq qaydada fəaliyyət göstərə bilərlər
- Fotomüxbirlər oyun zamanı meydançanın ətrafında müvafiq qaydada müəyyənləşdirilmiş yerlərdə (meydan qapılarının arxasında) çəkiliş apara bilər. Oyun zamanı fotomüxbirlərin texniki zonada hərəkəri qadağandır
- FIFA-nın Əsasnaməsinin tələblərinə əsasən, fotomüxbirlər oyunsonrası mətbuat konfransında və mix zona-da çəkiliş apara bilməz
- Oyundan videoçəkiliş aparmaq hüququ yalnız oyunun canlı yayımını təşkil edən telekanala məxsusdur. Digər televiziyalar mətbuat konfransında və mix zona-da çəkiliş apara bilər.
