7 sentyabr 2012 23:20
İsrail yığmasının baş məşqçisi komandasını cəzalandırdı
DÇ-2014-ün seçmə mərhələsinin bu gün Bakıda keçirilən Azərbaycan - İsrail oyunundakı heç-heçə (1:1) rəqib komandanın baş məşqçisi Eli Qutmanı razı salmayıb. Azerisport.az xəbər verir ki, o, bu üzdən komandasını cəzalandırıb.
Belə ki, qarşılaşmadan sonra baş məşqçi yetirmələrinin paltardəyişmə otağına yollanmasına imkan verməyib. O, köməkçisi vasitəsilə futbolçularına stadionda qaçmağı tələb edib.
