7 sentyabr 2012 23:34
Berti Foqts: Komandamı ancaq tərifləyə bilərəm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsrailə qarşı keçirdiyimiz oyunu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Bu, yeni seçmə mərhələdəki ilk oyunumuz idi. Ona görə də komandamız tsiklə uğurlu nəticə ilə başlamaq istəyirdi. Komandamı ancaq tərifləyə bilərəm. Uşaqlar əsl xarakter nümayiş etdirdilər. Təəssüf ki, belə oyunda qələbə qazana bilmədik. Hələ oyundan öncə də demişdim ki, səhvə yol verməsək, qələbə qazanacağıq. Bir səhv etdik ki, bu da bizi qələbədən etdi. Oyuna sonradan qoşulan futbolçularımız komandanın gücünə güc qatdılar. Artıq seçim imkanımız var və bu, çox yaxşıdı. İndi bizi bərpaedici məşqlər gözləyir. Bu oyunumuzu analiz edəcəyik, səhvlərimizə baxacağıq. Daha sonra isə Portuqaliya səfərinə yollanacağıq”.