7 sentyabr 2012 23:55
Berti Foqts: Rauf Əliyevi cəzalandırmayacağam
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsrailə qarşı keçirdiyimiz oyun zamanı Rauf Əliyevin əvəzləndiyi epizoddakı davranışını şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Mən Rauf Əliyevi cəzalandırmayacağam. Əksinə, şadam ki, onda oynamaq üçün belə hirs, istək var, əvəzlənməsi ilə razılaşmır. Əgər futbolçuda belə bir temperament varsa, bunu ancaq tərifləmək olar”.
