7 sentyabr 2012 12:12
AZAL - Sumqayıt matçında 8 qol (VİDEO)
“Sumqayıt” Futbol Klubunun əvəzediciləri yoxlama oyunu keçirib. Azerisport.az xəbər verir ki, Vaqif Paşayevin yetirmələri “AZAL Arena”da keçirilmiş görüşdə AZAL-ın əvəzedicilərini 6:2 hesabı ilə məğlubiyyətə uğradıb. “Sumqayıt”dan qolları – Aydın Qasımov, Şamil Cəmaləddinov, Ayaz Mehdiyev, Üzeyir Sadıqov, Əbülfət Abbasov və Bayram Nuruzadə vurub.
Qeyd edək ki, “Sumqayıt”la AZAL-ın əsas komandaları arasında da yoxlama oyunu keçiriləcək. Həmin oun isə sentyabrın 10-da “AZAL Arena”da (saat 18:00) baş tutacaq.
