7 sentyabr 2012 00:12
Portuqaliya – Azərbaycan matçının hakimləri açıqlandı
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Portuqaliya - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib. Azerisport.az xəbər verir ki, UEFA bu qarşılaşmanı polşalı hakimlərə tapşırıb.
Qarşılaşmanın baş hakimi Şimon Marçinyak olacaq. Ona kömək edəcək həmyerlilərinin də adları bəllidi.
Qeyd edək ki, Portuqaliya - Azərbaycan oyunu sentyabrın 11-də, 00:15-də Braqadakı “AXA Stadium”da keçiriləcək.
PORTUQALİYA – AZƏRBAYCAN
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Radoslav Sieyka, Robert Malek (Polşa).
