7 sentyabr 2012 00:21
İnter Gaziantepspor və Anjidə oynamış hücumçunu transfer etdi (FOTO)
Gürcüstandakı təlim-məşq toplanışını davam edtirən "İnter" heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, söhbət toqolu hücumçu Djako Arafatdan gedir.
Sentyabrın 31-də "İnter" bu oyunçuyla iki illik müqavilə bağlayıb. Lakin futbolçunun transfer vərəqəsinin gecikdiyindən onu hələ ki Premyer Liqa və ölkə kuboku yarışlarına sifariş etmək mümkün olmayıb. Buna baxmayaraq, yaxın günlərdə "İnter" Arafatın adını sifariş ərizəsinə əlavə edəcək.
Qeyd edək ki, 23 yaşlı futbolçunun karyerasının ilk klubu Toqonun "AC Mirlan" komandası olub. Bundan başqa, Arafat İsrailin "Bney Şahin" və "Xapoel Akre" klublarının formasını geyinib. 2011-ci ildə futbolçu Rusiyanın "Anjı" komandasına transfer olunub. Daha sonra Arafat icarə əsasında Türkiyənin "Gaziantepspor" və Qətərin "Al-Arabi" klublarında çıxış edib.
Hazırda futbolçu "İnter"in Tiflisdəki toplanışında iştirak edir.
