7 sentyabr 2012 00:56

Xəzər Lənkəran – Kəpəz matçında 6 qol

“Xəzər Lənkəran”la “Kəpəz” yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, “AZAL Arena”da baş tutan oyun “Xəzər Lənkəran”ın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
 
Fəal keçən oyunda tərəflər qarşılıqlı olaraq qapılar qarşısında bir neçə təhlükəli epizodlar yarada biliblər. Oyunda hesabı isə 15-ci dəqiqədə cənubluların yeni transferi Beto açıb. Skarlatake dəqiq ötürmə ilə braziliyalını rəqib qapıçısı ilə üzbəüz çıxarıb və o, bu şansı boşa verməyib – 1:0. Bundan dərhal sonra isə “Kəpəz” irəli atılaraq hesabı bərabərləşdirməyə yaxın olub. Ancaq Todorov son anda topu boş qapıdan çıxara bilib. Hesab isə 30-cu dəqiqədə bərabərləşib. Sürətli əks-hücum zamanı Bəxtiyar Soltanov cərimə meydançasına daxil olaraq, topu saxlamadan qapıya yönəldib – 1:1.
 
40-cı dəqiqədə Sialmasın ötürməsindən sonra Beto təxminən 20 metrlik məsafədən “Kəpəz”in qapısını düzgün nişan alıb. Beləcə, ilk hissə “ağ-yaşıllar”ın xeyrinə bitib.
 
İkinci hissədə meydana yeni çıxan Kazım Kazımlı 52-ci dəqiqədə fərqi bir qədər artırıb. Amma 60-cı dəqiqədə “Kəpəz” qapıçının səhvindən yararlanaraq hesab fərqini minimuma endirib. Buna baxmayaraq, Orxan bir neçə dəqiqədən sonra öz səhvini artıqlaması ilə yuya bilib. Belə ki, “Kəpəz”in təşkil etdiyi hücum zamanı gənc qapıçı topu uzaqlaşdıraraq kobudluğa yol verib və rəqib hücumçunu yerə yıxıb. Bunun nəticəsində hakim penalti təyin edib. Ancaq Orxan fantastik sıçrayışla bu zərbəni dəf edə bilib.

63-cü dəqiqədə XL yenidən hücuma atılıb və Beto gözəl texnikası hesabına rəqib qapısına yaxınlaşaraq topu Sialmasa ötürüb. Sonuncu da öz növbəsində oyunun yekun nəticəsini müəyyənləşdirib – 4:2.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.