8 sentyabr 2012 01:04

Rəşad Sadıqov: İsraillilər bizim hücum edəcəyimizi gözləmirdilər

Futbol üzrə Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov DÇ-2014-ün seçmə mərhələsində İsrailə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Oyun haqda nə deyə bilərsiz?
- Çox çətin oyun alındı. Doğma divarlar arasında qələbə qazanmaq istəyirdik. Bu, bizim üçün çox vacib idi. Amma alınmadı.
 
- Komandamızın ilk yarıdakı oyunu ikinci hissədəki ilə müqayisədə çox fərqlənirdi. Bu, nə ilə bağlı idi?
- İlk yarıda sönük təsir bağışlayırdıq. Öz oyunumuzu tapa bilmirdik. İkinci hissədə isə fəallaşdıq. Xüsusilə də qoldan sonra.
 
- İsrailli oyunçular matçdan öncə deyirdilər ki, Azərbaycan yığmasını yaxşı tanıyırlar. Bu, oyunun gedişində hiss olunurdu?
- İsrail yığması yüksək səviyyəli komandadı. Bunu bizimlə oyunda da isbatladılar. Xüsusilə rəqibin müdafiə xəttini yarmaq çox çətin idi. Demək olar ki, boşluq buraxmırdılar. Çox yaxşı müdafiə olunurdular.
 
- Amma ikinci hissədə hər şey fərqli oldu...
- Fikrimcə, israillilər bizim belə böyük qüvvə ilə hücum edəcəyimizi gözləmirdilər. Onlar düşünürdülər ki, biz yenə müdafiədə oturub, əks-hücumlara bel bağlayacağıq. Ona görə də deməzdim ki, onlar bizi tam öyrənə bilmişdilər.
 
- Qələbə qazanmağımıza nə çatışmadı?
- Bəlkə də ilk hissədən etibarən ikinci yarıdakı kimi oynasaydıq, hər şey ola bilərdi. Amma digər tərəfdən biz oyunda məğlub duruma düşmüşdük. Ona görə də hesabın bərabərləşməsindən razı qalmalıyıq. Uduzmaq olmazdı. Axı qarşıda daha üç çətin səfər oyunumuz var.
 
- Zədəniz nə yerdədi? Özünüzü necə hiss edirsiz?
- Normal. Qan axdı, dayandı. Yaşayacağam (gülür).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.