8 sentyabr 2012 01:12
Rövnəq Abdullayev: Milli son dövrlərdəki ən yaxşı oyununu sərgilədi
AFFA prezidenti Rövnəq Abdullayev futbol üzrə Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda İsrailə qarşı keçirdiyi oyunu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçə ilə bağlı bunları dilə gətirib:
“Yaxşı oyun alındı. Məncə, azarkeşlər də oyundan çox razı qaldılar. Fikrimcə, komandamız son dövrlərdəki ən yaxşı oyununu sərgilədi. Millimizin potensialı var. Bunu İsraillə oyun da göstərdi. Portuqaliya ilə oyundan nə gözləyirəm? Meydan düz, top yumrudu. Hər şey ola bilər”.
