8 sentyabr 2012 02:08
Kamran Ağayev: Uşaqlar mənə irad bildirmədilər
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrailə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, qolun buraxılmasında kobud səhvə yol verən qolkiper 1:1 hesablı heç-heçədən sonra bunları dilə gətirib:
“Qonaqların hesabı açdığı epizodda səhvə yol verdim. Mən rəqibin zərbə vurduğu anı görürdüm. Amma top mənim qarşımda sıçradı və onu ram edə bilmədim. Uşaqlar mənə irad bildirmədilər. Ancaq başa düşürəm ki, uduzsaydıq, bu, mənim günahım ucbatından olacaqdı. Çox şadam ki, hesabı bərabərləşdirə bildik”.