8 sentyabr 2012 02:37
Berti Foqts: Müdafiənin sol cinahı ilə bağlı problemlərimiz var
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts bəyan edib ki, əsas komandamızda müdafiənin sol cinahı ilə bağlı problem var. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis bunları dilə gətirib:
“Düzdü, Maksim Medvedev İsraillə qarşılaşmada yaxşı oyun sərgilədi. Amma bu, onun öz mövqeyi deyil. Yəni bu mövqe ilə bağlı problemlərimiz var. Əli Gökdəmirə gəlincə, onun müdafiədən hücuma sürətli keçməkdə problemi var. Çünki o, yaradıcı yox, dağıdıcı futbolçudu”.
