8 sentyabr 2012 11:56
İsraillilər yığmamıza qiymət verdilər
Israilli futbol azarkeşləri bu ölkənin yığma komandasının DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycana qarşı keçirdikləri oyuna qiymət veriblər. Azerisport.az xəbər verir ki, onlar öz komandalarının heyətində ən yüksək qiyməti qapımıza vurulan qolun müəllifi – Bivers Natxoya veriblər – 8.
Ən aşağı qiyməti isə Maor Melikson alıb – 4.
Bu arada İsrail mətbuatı da yığmamızın oyununa qiymət verib. Belə ki, onlar Vaqif Cavadov, Əli Gökdəmir və Branimir Subaşiçə 5 veriblər. Cavab qolunun müəllifi Ruslan Abışov da daxil olmaqla qalan bütün futbolçular isə 4-ə layiq görülüblər.
