8 sentyabr 2012 12:46
Ufuk Budaq Portuqaliyaya da qarşı oynamayacaq
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ufuk Budaq DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə də oyunu buraxacaq. Azerisport.az xəbər verir ki, buna onun zədəsini hələ də sağaltmaması səbəb göstərilir.
Qeyd edək ki, Türkiyənin “Eskişehirspor” klubuna məxsus futbolçu bu səbəbdən İsraillə oyunda da iştirak edə bilmədi.
Azərbaycanın Portuqaliya ilə oyunu sentyabrın 11-də Braqada keçiriləcək.
