8 sentyabr 2012 13:16
Millimizin Portuqaliyada mətbuat üçün açıq məşqi olacaq
Sentyabrın 9-da futbol üzrə Azərbaycan milli komandasının mətbuat üçün açıq məşqi keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, açıq məşq sentyabrın 9-da, yerli vaxtla saat 18:00-da, Portuqaliyanın Braqa şəhərindəki AXA stadionunda baş tutacaq.
