8 sentyabr 2012 13:38
Yığma komandamızın oyunu canlı yayımda
Xəbər verdiyimiz kimi, sentyabrın 9-da, Bayıl stadionunda 17 yaşadək qızlardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, qarşılaşma saat 20:00-da başlayacaq
Yoldaşlıq oyunu İdman Azərbaycan televiziya kanalında canlı yayımlanacaq. Məlumatı AFFA yayıb.
