8 sentyabr 2012 14:31
Bakının futbolçusu qələbənin iştirakçısı ola bilmədi
Futbol üzrə Gürcüstan yığması DÇ-2014-ün seçmə mərhələsində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, qonşu ölkə təmsilçisi Belarusu qəbul edib.
Tiflisdə baş tutan oyun gürcülərin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qoluna 51-ci dəqiqədə Tornike Okriaşvili imza atıb.
Ölkəmizdən Gürcüstan yığmasına çağırılan yeganə futbolçu Georgi Popxadze matçın iştirakçısı olmayıb. Baş məşqçi Temuri Ketsbaya “Bakı”nın futbolçusunu ehtiyatda saxlayıb.
