8 sentyabr 2012 15:33
Bakı və AZAL-ın futbolçuları məğlubiyyətlə üzləşdi
Futbol üzrə Latviya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, latviyalılar doğma meydanda Yunanıstanı qəbul edib.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Latviyanın heyətində Aleksandrs Çauna (42-pen), Yunanıstanın heyətində isə Nikos Spiropulos (57) və Fanis Gekas (69) fərqlənib.
Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov start heyətində ölkəmizdən iki futbolçuya şans verib. Belə ki, “Bakı”dan Denis İvanov və AZAL-dan Oskar Klyava start heyətində yer aldıqları matçı əvəzedilmədən keçiriblər. Klyava 90+2-ci dəqiqədə sarı vərəqə alıb. “Bakı”nın daha bir üzvü Maris Verpakovski isə 75-ci dəqiqədə Aleksandrs Fertovun yerinə meydana çıxıb.
