8 sentyabr 2012 16:37
Qarabağın oyunçusu qələbədə pay sahibi ola bilmədi
Futbol üzrə Albaniya yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində ilk oyununu keçirib. Azerisport.az xəbər verir ki, albanlar Cənubi Kirpi qəbul edib.
Oyun Albaniyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərindən Armando Sadiku, Edqar Kani və Eryon Boqdani, qonaqlardan isə Vinkent Laban fərqlənib.
Albaniya yığmasının baş məşqçisi Covanni de Biasi “Qarabağ”ın üzvü Ansi Aqollini 23 nəfərlik heyətə salmayıb. Əvəzində AZAL-ın sabiq üzvü Ervin Bulku meydana start heyətində çıxaraq, qələbədə pay sahibi olub.
